“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib.
"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli premyer-liqasının 9-cu turuna təsadüf edib.
Kollektiv səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub.
Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidir. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb.
"Turan Tovuz" bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. Tovuz təmsilçisi Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub.