Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi

14.06.2024 15:36 377
Ölkə futbolu
Yeni mövsümdən premyer-liqada mübarizə aparacaq "Şamaxı"nın məşqçi heyəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Ayxan Abbasova məşqçilər Elnur Çodarov, Ceyhun Rzayev, Xəyal Qarayav, Vüsal Qarayev və qapıçı hazırlığı üzrə məşqçi Kamil Qafarov kömək edəcəklər.

Qeyd edək ki, "Şamaxı" Ayxan Abbasovla dünən 1 illik müqavilə imzalayıb.