Dünya çempionu B seriyasında işləyəcək

13.06.2023 20:51 219
Dünya futbolu
Alessandro Nestanın yeni iş yeri məlum olub. Onun tezliklə “Reccana”ya təyinatı gözlənilir.


"Football-plus.az" xəbər verir ki, İtaliya yığması ilə DÇ-2006-nın qalibi olan sabiq müdafiəçi bu haqda belə deyib:
“Reccana” ilə məsələ praktiki cəhətdən həll olunub. Məşqçiliyə qayıtmaq istəyirdim və indi sevinirəm. Klubun təyinatımı rəsmən açıqlamasını gözləyirəm”.


47 yaşlı mütəxəssisin sonuncu iş yeri “Frozinone” olub. Nesta daha əvvəl “Peruca” və “Mayami”ni çalışdırıb.

Qeyd edək ki, “Reccana” bu mövsüm C seriyasından B-yə yüksəlib.