Niderland yığması iki oyunçusunu itirdi

13.06.2024 18:20 279
Niderland yığması Avropa çempionatı ərəfəsində iki oyunçusunu itirib.

“Football-plus.az” xəbər verir ki, komanda Frenki de Yonq ilə Teun Koopmeynersdən yararlana bilməyəcək.
“Barselona”nın yarımmüdafiəçisi De Yonqun AÇ-2024-ü buraxacağı haqda Niderland Kral Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Frenki bir müddət əvvəl ayaq biləyindən aldığı zədədən hələ tam sağalmayıb və onun vəziyyətinin daha da ağırlaşmaq ehtimalı var. Buna görə 27 yaşlı futbolçu milli komandanın düşərgəsini tərk etməyə məcbur olub.

UEFA bu səbəbdən “Barselona”ya təzminat ödəyəcək. De Yonq milli komandanın düşərgəsində olduğu vaxt zədələndiyi üçün UEFA tərəfindən İspaniya klubuna 50 min avro məbləğində təzminat ödəniləcək.
Yığmanın baş məşqçisi Ronald Kumanın bu məsəlyə reaksiyası belə olub:
“Frenki yığmaya çağırılsa da, müayinələr nəticəsində onun növbəti üç həftədə optimal formaya düşə bilməyəcəyi məlum oldu. Futbolçunun sağ topuğunda zədə vardı və riskə getməmək məsləhət görülmüşdü. Lakin “Barselona”nın məşqçiləri bu məsləhətə qulaq asmadılar və Frenkini tam sağalmadan meydana buraxdılar. Nəticədə biz indi bu yanlış addımın əziyyətini çəkməli olacağıq”.

Xatırladaq ki, De Yonq son mövsümdə İspaniya çempionatında 20 oyuna 2 qol vurub. Koopmeyners də nəhəng turniri zədə səbəbindən buraxacaq. “Atalanta”nın yarımmüdafiəçisi bazar ertəsi İslandiya ilə keçirilən yoldaşlıq matçından (4:0) əvvəl isinmə hərəkətləri edərkən sıradan çıxıb. Teunun A seriyasının son mövsümündə 34 oyuna 12 qol vurduğunu qeyd edək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul