İspaniya çempionatının 27-ci turunun “Atletik”lə matçı (0:0) “Barselona”ya ciddi itkilər hesabına başa gələ bilib.
Artıq komandanın zədəli yarımmüdafiəçiləri Frenki de Yonq və Pedrinin durumu açıqlanıb.
Frenki ən tez aprel ayında yaşıl meydana qayıdacaq. De Yonqa ayaq biləyinin əzilməsi diaqnozu qoyulub. Pedri isə budundan zədə alıb. Onun bu mövsüm bir daha oynamaq şansı minimuma bərabərdi.