“Barselona”da iki itki

22.03.2023 16:17 235
Dünya futbolu
“Real” üzərində qələbə (2:1) “Barselona”ya iki itki hesabına başa gəlib.

"Football-plus.az" xəbər verir ki, komandanın müdafiəçisi Ronald Arauxo “El Klasiko”da zədə alıb. Uruqvaylı futbolçunun sol bud əzələsindəki problemə görə təxminən 2-3 həftə oynaya bilməyəcəyi ehtimal olunur. Arauxo bu mövsüm La Liqada 14 oyun keçirib.

Frenki de Yonq da sıradan çıxıb. 25 yaşlı yarımmüdafiəçi bu səbəbdən AÇ-2024-ün seçmə mərhələsinin oyunları üçün Niderland yığmasının heyətindən də kənarlaşdırılıb.