Qitə çempionatından kənarda qaldı

11.06.2024 18:50 236
Niderland yığması Avropa çempionatında Frenki de Yonqdan yararlana bilməyəcək.

“Football-plus.az” xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisinin AÇ-2024-ü buraxacağı haqda Niderland Kral Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Frenki bir müddət əvvəl ayaq biləyindən aldığı zədədən hələ tam sağalmayıb və onun vəziyyətinin daha da ağırlaşmaq ehtimalı var. Buna görə 27 yaşlı futbolçu milli komandanın düşərgəsini tərk etməyə məcbur olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul