İlk oyun iyunun 9-da saat 18.30-da “ASCO Arena”da baş tutacaq. Maraqlıdı ki, digər pley-off, yəni "Şəfa" - "Hypers" matçına da "ASCO Arena"da şahidlik edəcəyik.
Görəsən, niyə bütün pley-off oyunları "ASCO Arena"da keçirilir? Bunun xüsusi səbəbi varmı?
Bu suallarla PFL-in media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun "football-plus.az"a söylədikləri:
"Oyunların "ASCO Arena"da keçirilməsinin xüsusi sirri yoxdu. Sadəcə, hər klubdan standartlara uyğun, normal çəkiliş imkanları olan stadion tələb edilir. Çünki oyunlar həm də "CBC Sport"da yayınlanır. Bu baxımdan görünən odu ki, klublar tək bu deyil, Bakıda yerləşən bir-neçə stadionla danışıqlar aparır. Görünən odu ki, ən rahat anlaşma "ASCO Arena"yla olur".
GÜNAY SÜLEYMANOVA




