İspaniya klubunu tərk etdi

11.06.2024 18:20 236
Dünya futbolu
Etyen Kapu artıq “Vilyarreal”ın oyunçusu deyil.

“Football-plus.az” xəbər verir ki, İspaniya klubu onunla yolları ayırıb. 35 yaşlı yarımmüdafiəçinin müddəti iyunun sonunda başa çatacaq müqaviləsinin yenilənməməsinə qərar verilib.

Kapu “Vilyarreal”da 2020-ci ildən çıxış edirdi. Fransız futbolçu ötən müddətdə klubda meydana çıxdığı 148 matçda 12 qol vurubvə 9 məhsuldar ötürmə edib.