Gələcəyi ilə bağlı qərar verdi

23.04.2024 15:59 155
Dünya futbolu
Luka Modriç artıq gələcəyi ilə bağlı qərar verib.

“AS” qəzetinin xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi daha bir mövsüm “Real”da qalmaq istədiyini rəhbərliyə bildirib. Onun İspaniya klubu ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.

38 yaşlı Luka “Real”da 2012-ci ildən çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 38 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.