Leonardo Spinatsola tezliklə iş yerini dəyişəcək.
Sol cinah müdafiəçisi bu yay azad agent kimi “Roma”dan ayrılacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 31 yaşlı futbolçunun “canavarlar”la müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq. Tərəflər indiyədək əməkdaşlığın davam etdirilməsi ilə bağlı heç bir danışıq aparmayıblar.
Spinatsolanın Səudiyyə Ərəbistanın “Əş-Şəbab” klubundan təklif aldığı bildirilir. İtaliya yığması ilə AÇ-2020-nin qalibi olan müdafiəçi bu mövsüm “Roma”nın heyətində 36 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.