Kərim Benzema klubunu tezliklə dəyişmək istəyir. O, “Real”ı tərk etmək üzrədi.
"Football-plus.az" xəbər verir ki, “As” nəşrinin yaydığı məlumata görə, fransalı futbolçu mövsümün sonunda Madrid klubundan ayrılmağa yaxındı. 35 yaşlı hücumçuya Səudiyyə Ərəbistanından təklif gəlib. Adı açıqlanmayan klub ona vergidən azad olmaqla, ilə 200 milyon avro maaşla iki mövsümlük müqavilə təklif edib. Həmçinin futbolçunun Səudiyyə Ərəbistanı, Yunanıstan və Misirin DÇ-2030-un təşkilatçılığına namizədliyi üzrə səfir kimi böyük məbləğdə pul qazanmaq imkanı da var.
Benzema “Real”da 2009-cu ildən çıxış edir. O, La Lqiada bu mövsüm 23 oyun keçirib, 18 qol vurub və 3 məhsuldar ötürmə verib.