“Portu”nun ilk uğuru

29.01.2023 18:53 250
Dünya futbolu
Şənbə günü Portuqaliya Liqa Kubokunun qalibi müəyyənləşib.

Finalda “Sportinq” ilə “Portu” qarşılaşıb. Hər hissədə bir cavabsız qol vuran “Portu” turnirdə ilk uğurunu reallaşdırıb. 2008-ci ildən keçirilən Portuqaliya Liqa Kubokunda “Sportinq”in 4 qələbəsi var. Turnirdə qələbə sayına görə rekordçu isə “Benfika”dı (7).