Serjio Konseysao böyük ehtimalla mövsümün sonunda “Portu”nu tərk edəcək.
Onun karyerasını İtaliyada davam etdirəcəyini “La Gazzetta dello Sport” xəbər verib. Bu mənbə portuqaliyalı mütəxəssisin “Milan”a yollanacağını yazıb. İtaliya klubunun Stefano Pyoli ilə yolları ayırmaq qərarına gələcəyi çoxdan iddia edilir.
Səbəb sadədi: “Milan” ardıcıl ikinci mövsümü titulsuz başa vurub.