PSJ tezliklə heyətinə yeni qapıçı cəlb edəcək.
Fransa klubu Matvey Safonovun transferini böyük ölçüdə həll edib. Tanınmış jurnalist Fabritsio Romanonun verdiyi məlumata görə, parislilər ona görə “Krasnodar”a təxminən 20 milyon avro ödəyəcəklər. Matveyin PSJ ilə imzalayacağı müqavilənin müddəti isə 2029-cu ilin yayına qədər nəzərdə tutulacaq.
Safonov Rusiya çempionatının son mövsümündə 30 oyunun hamısında qapını qoruyub. Onun komandası premyer-liqanı 2-ci yerdə başa vurub.