Parisə yollanmağa yaxındı

3.08.2023 23:51 228
Dünya futbolu
PSJ heyətinə yeni hücumçu cəlb etməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, Fransa klubu Qonsalo Ramuşun transferini həll edib. Bu məlumatı tanınmış jurnalist Fabritsio Romano yayıb. O, tərəflərin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə üzrə razılığa gəldiyini xəbər verib.

Lakin PSJ-nin “Benfika”ya nə qədər təzminat ödəyəcəyinə aydınlıq gətirməyib. Ramuş yetirməsi olduğu Portuqaliya klubunun əsas komandasında 2020-ci ildən çıxış edir. 22 yaşlı hücumçu ölkə çempionatında 64 oyuna 30 qol vurub.