Bir neçə aydan sonra “Bavariya”ya yeni futbolçu qoşulacaq.
"Football-plus.az" xəbər verir ki, Almaniya klubu yayda heyətini daha da gücləndirəcək. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Münhen klubu Brayan Saraqosanın keçidi üçün “Qranada” ilə razılaşıb. “Bavariya” 22 yaşlı vingerə görə 15 milyon avro ödəyəcək. Tərəflərin imzalayacağı sözləşmənin müddəti 2029-cu ilin yayına qədər olacaq.
Brayan bu mövsüm La Liqada 14 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.