Rahid AFFA-nın qərarını gözləyir

29.05.2024 16:29 239
Aktual / Ölkə futbolu
Bir müddət öncə millinin veteran futbolçusu Rahid Əmirquliyevin mövsüm başa çatandan sonra gələcək karyerası ilə bağlı qərar verəcəyini xəbər vermişdik.

Hazırda 2-ci liqa təmsilçisi “Şahdağ Qusar”da forma geyən təcrübəli oyunçunun mövsüm başa çatdığına görə hansı qərar qəbul edib-etmədiyini öyrənməyə çalışdıq. Bu üzdən Əmirquliyevlə əlaqə saxladıq:

“Mövsüm hələ yenicə sona çatıb. Hələ ki liqalar barəsində hansı qərarların veriləcəyini bilmirəm. İnşallah, AFFA-nın bu barədə qərarları rəsmiləşəndən sonra gələcək karyeramla bağlı fikirlərimi dəqiqləşdirəcəm”.

KAMAL SƏFƏR