“Səbail” rəhbərliyi Rahid Əmirquliyevlə niyə görüşmür? –AÇIQLAMA

18.07.2023 20:51 440
Premyer-liqa / Manşet
Rahid Əmirquliyevin karyerasına “Səbail”də davam edəcəyini xəbər vermişdik.

Sabiq “dənizçi”nin klubundan ayrılmasından uzun müddət keçsə də, bu yöndə heç bir addım atılmayıb. Sabiq futbolçu “Futbol+”ə açıqlamasında iyulun 17-si və ya 18-də rəhbərliklə görüşəcəyini demişdi. Lakin hələ də görüş baş tutmayıb.

Məsələnin niyə yubandığını və görüşün nə vaxt keçiriləcəyini “Səbail”in icraçı direktoru Firuz Abdulladan soruşduq. Onun “Football-plus.az”a dediklərini dinləyək:

“Gecikmə komandanın Türkiyə toplanışı ilə əlaqədardı. Hazırda Ərzurumdayıq. Vətənə qayıdandan sonra Rahidlə bir araya gəlib detalları müzakirə edəcəyik”.


Qeyd edək ki, “Səbail”in Ərzurum səfəri iyulun 23-də başa çatacaq.

KƏNAN BAHADIR