Görəsən, yığmanın sabiq üzvü “dənizçilər”in təklifini qəbul edib? Bunu öyrənmək məqsədilə “Səbail”in baş məşqçisi Şahin Diniyevlə əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında anlaşmanın baş tutmadığını dedi:
“Rahid təklifimizi qəbul etmədi. Məndə olan məlumata görə, “İrəvan”ın məşqçilər korpusunda çalışacaq. Baş məşqçi Elbrus Məmmədovun köməkçisi olacaq. Ona uğurlar arzu edirəm. Xətrini istədiyim, hörmət etdiyim ağıllı oğlanlardan biridi”.
Qeyd edək ki, Rahid Əmirquliyev “Şahdağ”, “Xəzər Lənkəran” və “Qarabağ”ın formasını geyinib. O, həm də millimizin sabiq üzvüdü.
KƏNAN BAHADIR






