Noyabrın 16-da Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı start götürəcək.
"Football-plus.az" xəbər verir ki, 9 gün davam edəcək yarışda millimiz 7 idmançı ilə təmsil olunacaq.
Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadə Poreçdə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Əli Abdullayev (65 kq), Nicat Alırzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcəklər.
Yarışda ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
Sabah Xorvatiyaya yollanacaq milli komanda 12 gün sonra Bakıya qayıdacaq.
Ölkəmizi 7 idmançı ilə təmsil olunacaq - AÇ
İdman





