“Səbail”bir çox futbolçusu ilə yolları ayırsa da, Rahid Əmirquliyevlə müqavilə yeniləmək niyyətindədi.
“Dənizçilər”in icraçı direktoru Fərəc Əliyev saytımıza açıqlamasında kapitanla danışıqların getdiyini bildirdi. Ancaq bir müddət öncə Əmirquliyevin karyerasını bitirəcəyi ilə bağlı xəbərlər yayıldı.
Görəsən, sabiq milli üzvü hansı qərarı vercək? Bunu öyrənmək üçün onunla danışmağı lazım bildik. Rahid Əmirquliyevin “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Karyeramı bitirmək fikrim yoxdu. Ən azı daha 1 il oynamaq istəyirəm. Təflikləri dəyərləndirib yekunda qərar qəbul edəcəm”.
SƏNƏM FƏRHADOVA