Emeri apreldə 1-ci oldu

15.05.2023 13:51 265
Dünya futbolu
İngiltərə premyer-liqasında aprelin ən yaxşı məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Unay Emeri olub.

Onun çalışdırdığı “Aston Villa” ötən ay premyer-liqada keçirdiyi 7 oyunun 5-də qalib gəlmiş (“Çelsi” 2:0, “Lester” 2:1, “Nottingem Forest” 2:0, “Nyukasl” 3:0, “Fulhem” 1:0), bir oyunda heç-heçə etmiş (“Brentford” 1:1) və yalnız bir dəfə məğlub olmuşdu (“Mançester Yunayted” 0:1).

Emerinin bu mövsüm ilk dəfə ayın ən yaxşı məşqçisi adına layiq görüldüyünü də bildirək.