Klubu ilə yenidən anlaşdı

24.10.2023 22:20 179
Dünya futbolu
“Latsio” rəhbərliyi Luis Alberto ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubunun rəsmi saytının yaydığı məlumata görə, 31 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026/27 mövsümünün sonuna qədər uzadılıb.

Luis “Latsio”ya 2016-ci ildə “Liverpul”dan transfer olunub. O, komandada indiyədək 272 oyuna çıxıb, 50 qol vurub və 70 məhsuldar ötürmə edib.