Maaşının azalmasına razı oldu

1.10.2023 12:53 202
Dünya futbolu
Daniele Ruqani tezliklə “Yuventus” ilə müqaviləsini yeniləyəcək.

“Football-plus.az” xəbər verir ki, müdafiəçi artıq klubu ilə razılığa gəlib. Ruqani yetirməsi olduğu “Yuventus”da çıxışını davam etdirmək üçün maaşının azalmasına razı olub. İtaliya mənbələri onun yeni müaviləsinin müddətinin 2026-cı ilə qədər nəzərdə tutulduğunu xəbər verib.