Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.
"Football-plus.az" xəbər verir ki, millimiz bu gün turnir çərçivəsində daha iki oyun keçirəcək.
Komanda əvvəlcə saat 12.45-də Andorra ilə qarşılaşacaq, günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Bu görüş saat 19.30-da başlayacaq.
Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.
Millimiz ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib və hazırda Avstraliya ilə birgə 3 xalla AF qrupunda şərikli liderdilər.
Millimiz bu gün iki oyun keçirəcək
Ölkə futbolu





