Rüfətin komandası uduzdu

25.10.2026 11:56 63
Dünya futbolu
İsrail premyer-liqasında 8-ci turun oyunu keçirilir.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçimiz Rüfət Abdullazadənin formasını geydiyi "Kiryat Şimona" öz meydanında "Sakhnin"i qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu Sana Qomes vurub.

Rüfət oyuna start heyətində başlayıb və 56-cı dəqiqədə əvəzlənib.

Bu məğlubiyyətdən sonra 3 xalda qalan "Kiryat Şimona" 13-cü pillədə qərarlaşıb.