Ramilin komandası qalib gəldi

25.10.2026 11:18 18
Dünya futbolu
Rusiyanın birinci liqasında 15-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Ramil Şeydayevin şərəfini qoruduğu "Soçi" "Tekstilşik İvanovo"nun qonağı olub. Qarşılaşma "Soçi"nin qələbəsi ilə başa çatıb (3:1).

Ramil 75-ci dəqiqədə meydana daxil olub.

Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran "Soçi" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.