Bu arada tanınmış almaniyalı mütəxəssis, Almaniya yığmasının baş məşqçisi Yürgen Klopp ''El Klasiko'' ilə bağlı diqqətçəkən açıqlamalar verib. Klopp ''El Klasiko''nu hər zaman izlədiyini bildirərək hansı tərəfə simpatiya bəslədiyini də açıqlayıb:
''Əlbəttə ki, ''Barselona'' - ''Real'' oyununu izləyəcəm. Həyatımın hər dönəmində bu qarşılaşmanı izləmişəm və çox böyük də zövq almışam. Kimi dəstəkləyirəm? Həmin gün daha yaxşı olan tərəfi dəstəkləyirəm. Bu gün üçün daha yaxşı olan tərəf böyük ehtimalla ''Barselona''dı. Əvvəlki illərdə isə bu rəqabətdə ''Barsa''ya simpatiya bəsləməyimin səbəbi ''Real''ın daha sərt oyuna üstünlük verməsi idi. Çünki Pepe və digər müdafiəçilərin hər qarşısına çıxana qarşı sərt oynamasına nifrət edirdim. Bu üzdən ''Barsa'' məni özünə daha çox cəlb edirdi''.





