“Mingəçevir” də eyni problemlə üzləşib. “Sportinfo”nun yazdığına görə, komanda ilə mövsüm ərəfəsində anlaşan sponsor yollarını ayırıb. Bu səbəbdən komandanın hazırda 190 min manat borcu yaranıb.
Bəs, klub bu vəziyyətdən çıxış yolunu nədə görür? “Football-plus.az” “Mingəçevir”in mətbuat katibi Elnur Qasımovla əlaqə saxlayıb:
“Mövsümün əvvəlində sponsorla şifahi şəkildə onlaşmışdıq. Amma onlar üzərlərinə düşən və ya söz verdikləri vədləri, təəssüf ki, yerinə yetirmədilər. Klubun əməkhaqqı və keçmiş borcları ilə bağlı gecikmələr bu səbəbdən olub. İndi başqa sponsorla razılaşmışıq. Adını açıqlamağı düzgün hesab etmirik. Yaxın günlərdə bütün məsələlərə aydınlıq gələcək. Klubda rəhbərlik bu durumun düzəlməsi üçün lazım olan addımları atmağa çalışır. Güman edirəm ki, yaxın vaxtlarda hər şey “Mingəçevir” üçün yaxşı olacaq”.
İSRAYIL XEYRULLAYEV





