Azarkeşlər onu seçdilər

25.05.2024 10:33 147
Dünya futbolu
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer İngiltərədə azarkeşlər tərəfindən 2023/24 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu İngiltərə çempionatının yenicə başa çatan mövsümündə 34 matçda iştirak edib, 22 qol vurub, 11 məhsuldar ötürmə edib.

Qeyd edək ki, azarkeşlərin rəyi ilə verilən mükafat ilk dəfə 2019/20 mövsümünün sonunda “Liverpul”un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnolda təqdim edilib. Palmer isə “Çelsi” tarixinə bu mükafatı alan ilk oyunçu kimi düşüb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul