Premyer-liqada nominantlar müəyyənləşdi

5.01.2024 22:57 176
Dünya futbolu
İngiltərə premyer-liqasında ötən ilin dekabr ayı üçün ən yaxşı futbolçu adına namizədlər müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, nominantların siyahısına 8 futbolçu daxil edilib.

Onlar Trent Aleksander-Arnold (Liverpul), Mateus Kunya (Vulverhempton) , Mohamed Kudus (Vest Hem), Maykl Olise (Kristal Pelas), Koul Palmer (Çelsi), Markos Senesi (Bornmut), Dominik Solanke (Bornmut) və Son Hın Mindi (Tottenhem).

Qalib premyer-liqanın saytında mütəxəssislər və azarkeşlər arasında yanvarın 8-dək keçiriləcək səsvermənin nəticəsinə əsasən müəyyənləşəcək.