Turun açılış matçı olduqca maraqlı alındı.
Cari mövsümün çempionu “Qarabağ”la oyunda “Turan Tovuz” əsl əzmkarlıq nümayiş etdirdi. Tovuz təmsilçisi hesabda geriönüşlər etməyi bacarsa da, “Qarabağ”ın son dəqiqə qoluyla məğlubiyyətlə barışmalı oldu. Oyunda gözdən qaçmayan məqamlardan biri isə tovuzluların baş məşqçisi Ayxan Abbasovun hakim qərarlarına dəfələrlə etiraz etməsi oldu. Təcrübəli çalışdırıcının hakimin hansı qərarlarından narazı qaldığını öyrənmək istədik. Lakin telefon zənglərimiz cavabsız qaldı…
KAMAL SƏFƏR