Parisi o da tərk edəcək

20.05.2024 19:50 160
Dünya futbolu
PSJ-ni yayda daha bir futbolçu tərk edəcək.

“Football-plus.az” xəbər verir ki, Leven Kurzava mövsümün sonunda Paris klubundan ayrılacaq. Bu barədə 32 yaşlı oyunçu özünün sosial şəbəkə hesablarında yazıb. O, PSJ-ni azad agent kimi tərk edəcək.

Leven bu mövsüm PSJ-nin heyətində yalnız bir oyun keçirib. Qeyd edək ki, bir neçə gün əvvəl Kilian Mbappe də PSJ-dən ayrılacağını açıqlayıb.