Keylor Navas növbəti mövsümdən PSJ-də oynamayacaq.
Təcrübəli futbolçunun Paris klubunu tərk edəcəyi məlum olub. Kosta rikalı qapıçının PSJ ilə müqaviləsini yeniləməyəcəyini AS qəzeti xəbər verib. İspaniya nəşri Keylorun Fransa nəhəngini azad agent kimi tərk edəcəyini yazıb.
Qeyd edək ki, Navas PSJ-nin əsas heyətində oynamamasından narazı olduğu üçün iş yerini dəyişmək istəyir. O, komandada 2019-cu ildən çıxış edir.