Fransa Futbolçular və Məşqçilərin Həmkarlar İttifaqı (UNFP) sona çatmaqda olan mövsümün laureatlarını müəyyən edib. İki nominasiya üzrə qaliblərin adı açıqlanıb.
Bir neçə gün əvvəl yayda PSJ-dən ayrılacağını açıqlayan Kilian Mbappe mövsümün ən yaxşı futbolçusu seçilib. O, bu mövsüm Liqa 1-in qalibi olub. Klubu ilə müddəti iyunun sonunda başa çatacaq müqaviləsini yeniləməyəcəyini bildirən 25 yaşlı dünya çempionu bu mövsüm çempionatda 29 oyuna 27 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.
UNFP mövsümün Fransadan kənarda çıxış edən ən yaxşı oyunçusunu da seçib. Bu nominasiyada Antuan Qrizmann qalib gəlib. “Atletiko”nun hücumçusu digər namizədləri – Eduardo Kamavinqa, Orelyen Çuameni (hər ikisi “Real”), Mayk Menyan (Milan) və Vilyam Salibanı (Arsenal) arxada qoyub. Qeyd edək ki, Qrizmann 2016-cı ildə də ən yaxşı fransalı legioner üçün ayrılan mükafata layiq bilinmişdi. O, bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 45 oyunda 21 qolun və 8 məhsuldar ötürmənin müəllifi olub.
Yeri gəlmişkən, Xavyer Tebas Mbappenin yeni mövsümdən “Real”da oynayacağını bəyan edib. İspaniya La Liqasının prezidenti belə açıqlama verib: