Yayda PSJ-ni tərk edəcək

5.05.2022 23:02 367
Dünya futbolu
Mövsümün sonunda PSJ-dən ayrılacaq daha bir futbolçunun adı məlum olub.

Fransa mənbələrinin xəbərinə görə, Yulian Draksler Paris klubunu tərk edəcək. Onunla “Sevilya”nın yaxından maraqlandığı bildirilir. Almaniya millisinin üzvü PSJ-də 2017-ci ildən çıxış edir.

Qeyd edək ki, mövsümün sonunda Tilo Kerer, Layven Kurzava, Leandro Paredes və Anxel D Mariyanın da PSJ-dən gedəcəyi bildirilir.