Yayda MY-ni tərk edəcək

16.05.2023 23:16 248
Dünya futbolu
Aksel Tuanzebe yayda iş yerini tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, o, cari mövsüm başa çatdıqdan sonra “Mançester Yunayted”dən ayrılacaq. Yerli mənbələrin xəbərinə görə, 25 yaşlı müdafiəçi ilə müddəti mövsümün sonunda başa çatacaq müqavilə yenilənməyəcək. Futbolçu yayda MY-dən azad agent kimi ayrılacaq.

Qeyd edək ki, Tuanzebe MY-nin yetirməsidi. O, bu ilin fevralından “Stok Siti”də icarə əsasında çıxış edir.