Onlar üstlərinin yoxlanmasına kəskin şəkildə etiraz edirdi. Görəsən, ilk dəfə belə halla rastlaşırdılar? Yəni mühafizə xidmətinin azarkeşlərin üzərini yoxlamaq hüququ yoxdu? Bu suallarla “kimyaçılar” azarkeş qrupunun rəhbəri Sənan Mirzəyevlə əlaqə saxladıq:
“Bəli, ilk dəfə mühafizəçilər bizi yoxladı. Həmişə orda biletə baxıb sonra buraxırlar. Çünki qabaqda polis bizi yoxladıqdan sonra tribunaya buraxır. Azarkeşlərin üzərini indiyə qədər ancaq polis yoxlayıb”.
KAMAL SƏFƏR


