Millimiz məğlub oldu

19.05.2024 20:04 157
İdman
Bu gün Qızıl Avropa Liqasında növbəti oyunlar keçirilib.

"Football-plus.az" xəbər verir ki, kişi voleybolçulardan ibarət Azərbaycan millisi də növbəti matçına çıxıb. Ukrayna ilə qarşılaşan yığmamız güclü rəqiblə bacarmayıb. Fərid Cəlalovun yetirmələri hər 3 setdə uduzublar. Voleybolçularımız yalnız son setdə ukraynalılara ciddi müqavimət göstərə biliblər.

Qeyd edək ki, yığmamız ilk matçında Rumıniya ilə qarşılaşıb. Görüş qonaqların 3:0 (25:16, 25:16, 25:19) hesablı qələbəsi ilə başa çatıb.

Qızıl Avropa Liqası (kişilər)
I mərhələ
19 may
18.00. Azərbaycan – Ukrayna - 0:3 (16:25, 16:25, 23:25)