Kişi voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün təsnifat mərhələsində növbəti matçına çıxıb.
Football-plus.az xəbər verir ki, A qrupunda qərarlaşan yığmamız 3-cü oyununu Türkiyəyə qarşı keçirib. Komandamız hər üç setdə məğlub olaraq quru hesabla uduzub.
Qeyd edək ki, millimiz ilk iki oyununda Danimarkaya 1:3, Türkiyəyə isə 0:3 hesabı ilə məğlub olub. Voleybolçularımız növbəti matçını avqustun 20-də Middelfartda Danimarkaya qarşı keçirəcək.
AVRO-2023-ün təsnifat mərhələsi
A qrupu
Türkiyə - Azərbaycan – 3:0 (25:16, 25:16, 25:19)
İstanbul. Burhan Fələk Voleybol Salonu