Belçika ilə oyunu da buraxacaq

25.03.2024 15:00 167
Dünya futbolu
Harri Keyn İngiltərə yığmasının Belçika ilə yoldaşlıq oyununda da iştirak etməyəcək.

Milli komandanın baş məşqçisi Qaret Sautqeyt zədə səbəbindən Braziliya ilə oyunu buraxan hücumçunun “Bavariya”ya qayıdacağını qeyd edib. Sautqeyt Keynin Belçika ilə oyuna qədər hazır olmayacağını bildirib.

Xatırladaq ki, təcrübəli futbolçu bundesliqanın 26-cı turunun “Darmştadt”la matçında (5:2) topuğundan zədə almış, bu səbəbdən bir neçə məşqi buraxmışdı.

Qeyd edək ki, İngiltərə - Belçika oyunu martın 26-da keçiriləcək.