İngiltərədən Türkiyəyə qayıdacaq

8.04.2024 13:35 174
Dünya futbolu
Nikolo Zanyolo “Aston Villa”nı mövsümün sonunda tərk edəcək.

İngiltərə klubu onunla müqaviləni yeniləməmək qərarına gəlib. İtaliyalı yarımmüdafiəçi birmingemlilərin formasını icarə əsasında geyir. Müqavilənin müəddəti isə yayda sona çatacaq. Bu isə o deməkdi ki, Nikolo “Qalatasaray”a qayıtmalı olacaq. 24 yaşlı futbolçu Türkiyə klubuna məxsusdu.
Zanyolo bu mövsüm premyer-liqada meydana çıxdığı 21 oyuna 2 qol vurub.