Pedro Netonun aqibəti müəyyənləşib.
Football-plus.az xəbər verir ki, “Vulverhempton”un futbolçusu premyer-liqanın 9-cu turunun “Vest Hem”lə səfər matçında zədələnmişdi. Artıq portuqaliyalı hücumçu tibbi müayinədən keçib və onun zədəsinin ciddi olduğu müəyyənləşib. Neto topuğundan aldığı xəsarətə görə əməliyyat olunacaq.
Portuqaliya yığmasının oyunçusunun bərpa müddəti açıqlanmayıb. Amma onun DÇ-2022-nin final mrhələsində iştirak etməyəcəyi bildirilib.