• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tərlan Əhmədov: “Sabah” və “Neftçi”də məşqçi işi görünmür” – klublar yanılıb?

Manşet / Müsahibə

14-05-2024, 13:0

Cari mövsümdə Misli premyer-liqasında bir neçə komanda baş məşqçi dəyişikliyi ilə yadda qaldı.

Hazırda avrokuboklara vəsiqə üçün mübarizə aparan “Neftçi” və “Sabah” oxşar tale yaşıyır. Həm “Sabah”ın, həm də “Neftçi”nin rəhbərliyi yeni baş məşqçinin qarşısına məhz avrokuboklara vəsiqə qazanmaq tələbini qoyub. O da maraqlıdı ki, bu iki komanda son turda məhz bir-biri ilə qarşılaşacaq.
Bojoviç, yoxsa Renduliç nəticə verə biləcək?

Əvvəlcə hər birinin karyerasına nəzər salaq. Murad Musayevin istefasından sonra “Sabah”ın “sükanı arxasına” əyləşən Krunoslav Renduliçin baş məşqçi kimi ilk uğuru “Şibenik”də olub. Belə ki, o, 1-ci liqa təmsilçisini elitaya yüksəldib. 2022-ci ildə Bosniyada “Zrinski”ni çalışdıran xorvatiyalı komandası ilə həm çempionluğu, həm də ölkə kubokunu qazanmağən sevincini yaşadıb. Həm də bu uğur klub tarixinə ilk “qızıl dubl” kimi düşüb.

Renduliç növbəti uğurla Bosniya futbolunun tarixinə düşüb. Onun rəhbərlik etdiyi “Zrinski” 2023/24 mövsümündə Konfrans Liqasına vəsiqə qazanıb. Bununla yanaşı, “Zrinski” Bosniya tarixinə avrokubokların qrup mərhələsində çıxış etmək hüququna sahib olan ilk klub kimi düşüb. Renduliçin ordakı karyerası ötən ilin noyabrına qədər davam edib.

İndi isə “Neftçi”nin çalışdırıcısı Miodraq Bojoviçin məşqçi karyerasına göz gəzdirək. Monteneqrolu mütəxəssis 2013/14 mövsümündə “Rostov”la Rusiya kubokunun, 2015/16 mövsümündə isə “Srvena Svezda” ilə Serbiya superliqasının qalibi olub. 2021/22 mövsümündə “Arsenal”a rəhbərlik edib. Bojoviç “Neftçi”nin “sükanı arxasına” bu ilin yanvarında (19-cu turdan) keçib.

Onu da bildirim ki, hər iki baş məşqçi ilyarımlıq müqavilə imzalanıb, qarşılarına avrokuboklara vəsiqə qazanmaq tələbi qoyulub. Statistikanı qarşılaşdıranda aydın olur ki, xorvatiyalı çalışdırıcının monteneqroludan fərqli Azərbaycanda qalmaq şansı daha yüksəkdi.

Bu mövzu ilə bağlı təcrübəli mütəxəssis Tərlan Əhmədovun fikirlərini öyrəndik. O, əvvəlcə iki mütəxəssisin indiyəqədərki işini, həm də komandaların indiki formasını müqayisə etdi:

“Hər iki baş məşqçinin əlində yetərincə “material” var. Murad Musayevdən sonra komandada vəziyyət çox acınacaqlı idi. Düzdü, İqor Ponomaryov bir balaca düzəltmişdi. Hələ də Ponomaryovun dövründəki komanda qalıb. Yəni “Sabah”ın oyununda hansısa dönüş yoxdu. Məşqçilik baxımından böyük iş görünmür. Ola bilər ki, Rundeliç qısa müddətdə hələ öz oyun fəlsəfəsini tətbiq edə bilməyib. Bojoviçin “Neftçi”yə gəlişindən bəri qış fasiləsi və komandanın Antalya toplanışı olub. Deməli, vəziyyəti dəyişmək üçün bəlli bir vaxta malik idi. Bu müddətdə komandada geriləmə gedir. Həm də həddən artıq pis geriləmə. Ümumiyyətlə, “ağ-qaralar”da məşqçi işi görünmür. Qaldı ki avrokuboklara vəsiqəni kimin əldə edəcəyinə, bu məsələ son tura qalacaq. Komandaların ona qədər qazanacağı xallardan da çox şey aslıdı. 36-cı turda bu iki baş məşqçinin arasındakı həlledici görüşdə kimin hara gedəcəyi bəlli olacaq. Digər tərəfdən, “Neftçi”, göründüyü kimi, uçuruma gedir. Hamımız bilirik ki, burda olan dəyişikliklər komandanın xeyrinə olmayıb, əksinə, ziyanına işləyib. Komandanın potensiallı oyunçularının, kapitan Emin Mahmudovun oyun performansının aşağı düşməsi açıq-aşkar hiss olunur. Qara Qarayevin “Qarabağ”dan “Neftçiyə gəlişinə hamı sevinsə də, görünür, onun da potensialını məşqçilər aça bilmir. Komandada olan əcnəbi futbolçular, “bəh-bəh”lə gətirilən legionerlər özünü doğrultmadı. Yuri Matiası, Mark Tamaş götürsək, son oyunlarda səhvləri sıralayırlar. Hər iki mərkəz müdafiəçisi hər tur kobud səhvə yol verir. Komandada hansısa irəliləyiş yoxdu. Kilan Lebonun başqalarından fərqli fərdi keyfiyyətləri bir qədər yaxşı olsa da, onun da performansı aşağı düşüb.
Demək olar ki, “Qarabağ”dan başqa digər klublarda əcnəbi transferlər normal deyil. Yəni “Neftçi” bu heyətlə hətta Avroliqaya və ya Konfrans Liqasının təsnifat mərhələsinə çıxsa belə, heç nə edə bilməz. Ümumiyyətlə, komandaya bir neçə normal transfer edilməlidi. Ona görə də bu gün “Neftçi”də Bojoviçin sadalanacaq uğurları yoxdu. Desək ki, komanda onun potensialından da istifadə edə bilmədi, belə deyil. O vaxt Rusiyadan gələndə haqqında bəzi nöqsanlar söylənirdi. Orda nələr olub, nə olmayıb - bilmirik. Amma nə Adrian Mutu, nə də Miodraq Bojoviç “Neftçi”yə xeyir verdi. İkisi də “ağ-qaralar”ın nüfuzunu getdikcə daha da aşağı saldı. Komandada olan futbolçular da sanki məşqçilərlə yola gedə bilmirlər. Bu baxımdan da oyun üslubuna görə komanda rəqiblərindən geri qalır”.


RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

11-03-2024, 14:0

Renduliç azərbaycanlıları yanında saxladı?

Dünya futbolu

5-03-2024, 11:0

"Sabah" yeni baş məşqçisini açıqladı

Ölkə futbolu / Manşet

2-03-2024, 04:0

"Sabah"ın baş məşqçisi məlum oldu - Tarix yazsa da, qovulan mütəxəssis Masazıra gəlir!

Manşet / Müsahibə

30-04-2024, 13:0

Ponomaryov: “Sabah” bu çətin vəziyyətdən başıuca çıxmağı bacardı” - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

3-03-2024, 19:0

Renduliç yoldadı, yoxsa hardadı?

Ölkə futbolu / Manşet

3-04-2024, 15:0

Renduliçin dəyişkən “Sabah”ı nə vəd edir?

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə