• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Renduliçin dəyişkən “Sabah”ı nə vəd edir?

Ölkə futbolu / Manşet

3-04-2024, 15:0

Mövsüm başlamamış hər çempionatda olduğu kimi, Misli premyer-liqasında da hansı komandaların favorit ola biləcəyi ilə bağlı mülahizə yürüdənlər çox olur.

Əlbəttə, bizdə “Qarabağ”, “Neftçi” və “Sabah” çempionluğa əsas namizəd kimi görünürdü. Xüsusən də “Sabah”ın ötən mövsüm “Qarabağ”a ciddi müqavimət göstərməsi, yayda avrokubok oyunlarında xoş təsir bağışlaması komandanın bu mövsüm çempion ola biləcəyini deyənlərin sayını artırmışdı. Bunun başlıca səbəblərindən biri “El Professor” ləqəbini qazanmış Murad Musayevin oyun zəkası, klubun maliyyə problemlərinin olmaması, yüksək keyfiyyətli yerlilərin və legionerlərin varlığı idi. Amma mövsüm başlayan kimi miflər dağıldı. “Sabah” birinci dövrədə ümidləri doğrultmadı. “Tələbələr” ilk dövrənin, sadəcə, 3 matçından qalib ayrılıb, 4 oyunda heç-heçə etdi, 5 məğlubiyyətlə yadda qaldı. Bunu komandaya yeni transfer edilən futbolçuların uyğunlaşma problemi ilə əlaqələndirsələr də, ikinci dövrədə də gözlənilən performansı görmədik. Artıq komandanı nəinki çempion edə bilməyəcəyini, hətta hədəflərindən tam uzaq saldığını anlayan Murad Musayev istefa verdi. Belədə “tələbələr” 21-25-ci turlar aralığında meydana İqor Ponomaryovun rəhbərlik etdiyi, Ruslan Qafitullinlə Rəşad Eyyubovun da yer aldığı məşqçilər korpusu tərəfindən çıxarıldı. Komanda 5 oyunun 2-də qalib gəldi, 2-də heç-heçə etdi və 1 dəfə də məğlubiyyətlə başa vurdu. Xorvatiyalı mütəxəssis Krunoslav Renduliç baş məşqçi təyin olunandan sonra çıxdığı 3 matçın 2-də qalib gəlməyi bacaran komanda 1 oyunda məğlub oldu.

Beləliklə, mövsümün əvvəlindən bəri “Sabah”da dəyişikliklər bitmir. Bu komandanı başqalarından fərqləndirən cəhət həm də heyətin zəngin, baş məşqçilərin seçim imkanının geniş olmasıdı. Ponomaryovun və köməkçilərinin rəhbərlik etdiyi “Sabah”la Musayevlə Renduliçin idarə etdiyi “Sabah” arasında önəmli fərq var. Belə ki, Ponomaryov əsas qapıçı kimi Yusif İmanovdan, digər çalışdırıcılar isə Nicat Mehbalıyevdən yararlanıb. Əsasən də Renduliçin gəlişindən bəri qapını Mehbalıyevə tapşırılıb. Xorvatiyalı çalışdırıcının əsas qol silahı kimi Kahim Parrislə Cesse Sekidikadan istifadə etməsi, İshak Belfodili sonradan meydana buraxması da diqqətdən yayınmır. Hər çalışdırıcının oyun üslubunun fərqli olduğu bəllidi. Sadəcə, xırda nüansları xatırlamaqda fayda var. “Sabah” Renduliçin rəhbərliyi altında hələ ki üç rəsmi matça çıxıb. İndidən onun haqqında fikir yürütmək tezdi. Sadəcə, komandanın bu üç oyundakı üslubunu müəyyənləşdirmək çətinlik yaradır. Komanda bir oyunda yaxşı səviyyədə mübarizə aparırsa, digərində meydanda yorğun görünür. Bunun səbəbini, hər halda, məşqçilər korpusu daha yaxşı təhlil edib nəticə çıxaracaq. Elə “Zirə” ilə sonuncu görüşdə bunu aşkar şəkildə görmək mümkün idi. Hazırda koamnda turnir cədvəlinin 5-ci pilləsində yer alıb. Qarşıda isə 8 tur var. “Sabah” heyətinə və başqa parametrlərə görə ikinci yerə ən real namizədlərdən biridi. Və mövsümün sonunda avrokuboklara vəsiqə qazanılmasa, heç şübhəsiz, Renduliç məşhər ayağına çəkiləcək. Bu başqa məsələ ki, elə bir haqq-hesab günü yetişərsə, müttəhimlər kürsüsündə Murad Musayevlə İqor Ponomaryov da oturmalıdı.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

20-02-2023, 10:0

“Sabah”ın seriyaları qırıldı: 50-ci məğlubiyyətlə

Premyer-liqa

6-09-2023, 16:0

Çempionluğa namizədlər hardadı?! - TURUN ŞƏRHİ

Premyer-liqa

10-10-2023, 16:0

Dövrənin iki lideri var – TURUN ŞƏRHİ

Premyer-liqa

1-06-2022, 17:0

Sabahını “Sabah”da gördü

Aktual / Premyer-liqa

30-12-2023, 17:0

“Bu onu deməyə əsas verir ki, çempionluq böyük ölçüdə həll olunub” – ilk yarıya sözardı

Aktual
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
“Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Hansı klub yerli futbolçulara daha çox şans verdi?
"Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
Son xəbərlər
  • Bu gün, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Bu gün, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Bu gün, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Bu gün, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Bu gün, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Bu gün, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Bu gün, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Bu gün, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Bu gün, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Bu gün, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Bu gün, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Bu gün, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Bu gün, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • Dünən, 23:58
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 23:26
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • Dünən, 22:53
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • Dünən, 22:22
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 21:48
    Millimiz çempion oldu
  • Dünən, 21:05
    "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
  • Dünən, 20:56
    Yenidən Fransada işləyəcək
  • Dünən, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Dünən, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Dünən, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Dünən, 16:45
    Klubuna sadiq qaldı
  • Dünən, 16:02
    Asiyadan Avropaya yollandı
  • Dünən, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Dünən, 14:45
    “Barselona”nı tərk edəcək
  • Dünən, 14:16
    FİFA-dan daha bir yenilik
  • Dünən, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Dünən, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Dünən, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 183
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 124
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə