• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ponomaryov: “Sabah” bu çətin vəziyyətdən başıuca çıxmağı bacardı” - MÜSAHİBƏ

Manşet / Müsahibə

30-04-2024, 13:0

Misli premyer-liqasında 32-ci tur arxada qalıb. Mübarizə son və həlledici mərhələyə qədəm qoyub.

Çempionun adı, eləcə də sonuncu yerin sahibi müəyyənləşdiyindən əsas sual medalçılar, avrokuboklara vəsiqə ilə bağlıdı. Hazırda 2-4-cü yerlər uğrunda 6 komanda – “Neftçi”, “Zirə”, “Sumqayıt”, “Sabah”, “Turan Tovuz” və “Səbail” mübarizə aparır.

“Sabah” 32-ci turda “Səbail"i məğlub edəndən sonra turnir cədvəlinin 5-ci pilləsində yer alıb. Komanda 30-cu turda “Qarabağ”ı evdə, 31-ci turda "Kəpəz"i səfərdə evdə üstələmişdi. Hazırda "bayquşlar”ın avrokuboklar uğrunda mübarizədə şansı artıb. Xatırlatmaq yerinə düşər ki, 2 ay əvvələ qədər Masazır təmsilçisinə rusiyalı mütəxəssis Murad Musayev başçılıq edirdi. Onun istefasından sonra xorvatiyalı çalışdırıcı Krunoslav Renduliç komandanı 7 turda meydana çıxarıb. Bu oyunların 5-i qələbə, 2-si isə məğlubiyyətlə bitib. Belədə sual yaranır: Renduliç “bayquşlar”a növbəti dəfə avrokubok həyəcanı yaşada biləcəkmi? “Sabah”ın idman direktoru İqor Ponomaryovla söhbətdə bizi maraqlandıran suallara cavab tapmağa çalışdıq.

- “Sabah” “Kəpəz”lə matçda vacib 3 xalı qazana bildi. Komandanın çempionatda bütün rəqibləri məğlub edə bilməsinin sirri nədi?
- Çox vacib 3 xal qazandıq. Əlbəttə, hamımız gözəl oyun, hücum, topa nəzarət və s. görmək istəyirik. Amma indi 3 xal qazanmaq və avrokuboklara vəsiqə uğrunda mübarizən davam etdirmək daha vacibdi.

- “Sabah” çempion “Qarabağ”ı da məğlub etdi. Amma kubok oyununda bu komandaya 1:7 uduzmuşduz.
- Bu ki ”Qarabağ” üzərində ilk qələbəmiz deyildi. Son 3 oyunda komandamız ”Qarabağ”la çox yaxşı mübarizə aparıb, 10 qol vurub. Razıyam, belə rəqibə qarşı oynamaq həmişə motivasiyalı və maraqlı olur. Ümumiyyətlə, bütün komandalar özündən yüksək pillədəki rəqiblərə qarşı daha motivasiyalı olurlar.

- Sizcə, bu ilki çempionat daha gərgin keçir? “Sabah”ın cari mövsümdəki çıxışını əvvəlki illərlə müqayisədə necə dəyərləndirirsiz?
- “Qarabağ” bu gün artıq 1-ci yeri təmin edib. Qalan üç yer, avrokuboklara düşmək üçün gərgin mübarizə gedir. Bildiyiniz kimi, biz mövsümə yaxşı başlamadıq. Ona görə də indi itirilmiş xalları kompensasiya etməyə çalışırıq. Bu da hər oyunda bizdən əlimizdən gələnin ən yaxşısını etməyi tələb edir. Xal itirə bilmərik. Komandanın mövsümün gedişində qərarlaşdığı 8-ci yerdən yüksəlməsi heç də asan deyildi. Oyunçular, məşqçilər korpusu öz işinə məsuliyyətlə yanaşır. Bunu dəyərləndirməmək olmaz. Bu mövsüm əvvəlkindən daha gərgin keçir. Təkcə biz yox, başqa komandalar üçün də.

- Hazırda komandanız 5-ci pillədə yer alıb. Mövsümün sonunda “Sabah”ın hədəfi nədi?
- Əsas məqsəd çempionatı ilk “üçlük”də başa vurmaq, avrokuboklara vəsiqə qazanmaqdı.

- Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalardan kimi özünüzə əsas rəqib görürsüz?
- Hər birini. Hər şeyə qarşıdakı 4 oyunda aydınlıq gələcək.

- Baş məşqçidən gözləntiniz nədi?
- Renduliç həm yaxşı insan, həm də yaxşı mütəxəssisdi. Onun futbola öz baxışı, ideyaları var. Qalan hər şeyi zaman göstəcək. Biz klub olaraq, ona inanır, qarşısına qoyulan hədəflərə çatmaqda uğurlar arzulayırıq.

- İllərin təcrübəsinə söykənərək bugünkü “Sabah”ı necə qiymətləndirirsiz?
- Mövsümün gedişində, baş məşqçi istefa verəndə komanda 8-ci pillədə qərarlaşmışdı. Amma “Sabah” bu çətin vəziyyətdən başıuca çıxmağı bacardı. Bu gün avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdiririk. Məncə, bu, “Sabah”ın gücünü göstərir. Komandamızın qarşıya qoyulan hədəfə çatacağına inanıram.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

19-06-2023, 12:0

“Qarabağ”la “Sabah”dan üstünlük

Ölkə futbolu / Premyer-liqa

27-04-2024, 18:0

Aslan Kərimov: “Səbail”lə “Turan Tovuz” üçün 4-5 xallıq fərqi azaltmaq çətin görünür”

Ölkə futbolu / Manşet

12-04-2023, 12:0

Murad Musayev premyer-liqada ən çox qırmızı vərəqə alan şəxsdi - ARAŞDIRMA

Ölkə futbolu / Manşet

18-04-2024, 09:0

“Sabah”ın qələbəsi Xorvatiyada səs saldı - “komanda “Bayer-04”ü çarmıxa çəkən “Qarabağ”ı məğlub etdi...”

Premyer-liqa / Manşet

28-04-2023, 16:0

“Qarabağ”ın çempionluq yolu hamar deyil, “Qəbələ” isə “Zirə”dən bir addım öndədi - TƏHLİL

Ölkə futbolu / Manşet

11-04-2024, 13:0

Mərhəmətsiz çempion, “Zirə”nin ilk 4:0-ı, növbəti istefa... - TURUN İCMALI

Aktual
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
Son xəbərlər
  • Bu gün, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Bu gün, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 18:00
    Klublarımız 3-cü təsnifat mərhələsinin qapısını aralaya biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə