"Football-plus.az" xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf bildirib. Qurum rəsmisi İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlama verib. O, buna zəruri infrastruktur, resurslar və stadionların olmamasını səbəb göstərib:
"Premyer-liqanın keyfiyyətinin artırılması əsas hədəflərdən biridi. Amma növbəti mövsümlərdə, bir neçə ildən sonra klubların sayının artırılmasına yenidən baxıb qərar verəcəyik. Neçə komanda artırılacağı strategiyamızdan asılı olacaq".





