Premyer-liqada komanda sayı artırılacaq?

23.03.2022 15:21 538
Dünya futbolu
Rusiya premyer-liqasında komanda sayı artırılacaq.

Bu məsələ eyniadlı təşkilatın son iclasında müzakirə edilib. İclasda yüksək liqadakı komandaların sayının 16-dan 18-ə qədər artırılmasına qərar verilib. Doğrudu, bu planda yekun qərar Rusiya Futbol İttifaqına aiddi.

Yerli futbol qurumu qərarı təsdiqləyəcəyi halda yenilik 2022/23 mövsümündən qüvvəyə minəcək.