"Football-plus.az" xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasına deyib.
O bildirib ki, AFFA İcraiyyə Komitəsi əvəzetmədəki limitlə bağlı qərarı dəyişib:
“Əvvəlki qaydaya görə, premyer-liqada 5 əvəzetmədən 2-si legioner olmalıdı idi, üçü yerli. Lakin bugünkü müzakirələrdən sonra bu limit ləğv olundu. Yəni məşqçi istəyirsə, lap sonradan meydana 5 legioner də daxil edə bilər”.





